Fev
2016
10:09
20
76
2618
Virtual karabakh

SOFAZ daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb

7 Fev, 2016
10:09
2618

SOFAZ daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu investisiyalar gəlirliliyin artması üçün vacib vəsait olacaq”.

Azərbaycan Respublikası Dövlət Neft fondu (SOFAZ) daşınmaz əmlak fondlarına sərmayə qoymağa başlayıb. 

Oxu.Az xəbər verir ki, bunu Trend-ə SOFAZ-dan deyiblər.

Fonddan qeyd ediblər ki, daşınmaz əmlaka qoyula biləcək sərmayələrin payı 5-dən 10 faizədək artırılıb.

Fonddan bildiriblər ki, SOFAZ-ın bu sahədə məqsədi aşağı riskli və ya orta dərəcəli riskli daşınmaz əmlaka sərmayə qoymaqla portfelin şaxələndirilməsinə nail olmaqdır: 

“Bu sərmayələrin başlamasınadək SOFAZ-ın son məqsədi bir sıra istiqamətləri əks etdirən geniş şaxəli portfelin yaradılması olub. SOFAZ, həmçinin daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Neft fondu üçün bu investisiyalar gəlirliliyin artması üçün vacib vəsait olacaq”.

Qeyd edək ki, SOFAZ ilk dəfə olaraq 2012-ci ildə London və Moskvada elit daşınmaz əmlaklar alıb, eləcə də Fond tərəfindən Paris, Yaponiya, Milanda daşınmaz əmlaklara investisiyalar həyata keçirilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri