Fev
2016
10:30
21
517
13982
Virtual karabakh

Rövnəq Abdullayev: Yanacaq və neftin qiymətləri arasında heç bir bağlılıq yoxdur

7 Fev, 2016
10:30
13982

Rövnəq Abdullayev: Yanacaq və neftin qiymətləri arasında heç bir bağlılıq yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir”.

Azərbaycanda yanacağın qiymətinin neftin dünya qiyməti ilə heç bir bağlılığı yoxdur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşündə bildirib.

“Bizdə neftin qiymətini Tarif Şurası Azərbaycan iqtisadiyyatı və orta qiymətlər fonunda müəyyən edir. Azərbaycanda cəmi bircə dəfə daxili bazarda qiymət xarici bazardakından bir az yüksək olub. O da cəmi bir-iki ay davam edib. Hazırda Azərbaycanda benzinin qiyməti 40 sentdir. Bu, ABŞ-dakı qiymətlərlə müqayisədə çox ucuzdur”, - deyə SOCAR prezidenti bildirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri