Fev
2016
10:53
52
41
1036
Virtual karabakh

Ötən il 42 küçə və prospekt təmir edilib

8 Fev, 2016
10:53
1036

Ötən il 42 küçə və prospekt təmir edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ASC görülən işlər barədə hesabat verib.

2015-ci il ərzində “Azəryolservis” ASC tərəfindən 112,1 km təşkil edən 42 adda küçə və prospektdə təqribən 440 min m2 sahədə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 

Bu barədə ASC-dən Oxu.Az-a bildirilib. 

Göstərilən dövr ərzində Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 100 min m2-dən artıq sahədə çala təmiri işləri yerinə yetirilib. 

I Avropa Oyunlarına hazırlıqla bağlı ASC tabeliyində olan idarə və müəssisələr tərəfindən ümumi uzunluğu 53,4 km təşkil edən 16 prospekt, küçə və avtomobil yolunda 439,5 min  m2 sahəyə asfalt örtük döşənib.

Yarışların əsas yol şəbəkəsi boyu ümumilikdə 223 km uzunluğunda sarı xətt çəkilib, asfalt-beton örtük üzərinə 412 ədəd sarı və ağ rəngli “Oyunların Loqotipi” çəkilib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri