Fev
2016
11:12
80
14
1508
Virtual karabakh

Dövlət yerli istehsalçıları müdafiə edəcək

8 Fev, 2016
11:12
1508

Dövlət yerli istehsalçıları müdafiə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Azərbaycanda istehsalçıların iqtisadi maraqlarını qorumaq məqsədi ilə yerli istehsalata zərər vuran idxala qarşı tədbirlər, eləcə də dempinq əleyhinə və kompensasiya rüsumlarının təbqiqi qaydaları müəyyən edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin Milli Məclisindən bildirilib.

Məlumata görə, yeni “Dempinq əleyhinə, kompensasiya və müdafiə tədbirləri” haqqında qanun layihəsi yerli istehsala zərər verən dempinqə dair tədbirləri, eləcə də dempinq əleyhinə, kompensasiya və xüsusi rüsumların formalaşması və tətbiqi qaydalarını tənzimləyir.

Qanunda dempinqin bütün növlərinə və yerli istehsalata zərər verən idxala qarşı dempinq əleyhinə rüsumların qəbul edilməsi nəzərdə tutulur, burada yalnız qiymət üzrə öhdəçiliyin qəbul edilməsi halı istisnadır.  

Qanun layihəsində qeyd olunur ki, dempinq əleyhinə müvəqqəti tədbirlərin tətbiqi 4-6 aydan artıq olmamalıdır.

Layihə Milli Məclisin plenar iclasında fevral ayının 12-də müzakirəyə çıxarılacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri