Fev
2016
11:06
32
74
2172
Virtual karabakh

12 milyon dollarlıq istiqraz satıldı

8 Fev, 2016
11:06
2172

12 milyon dollarlıq istiqraz satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maliyyə Nazirliyi hərracın yekunlarını açıqlayıb.

Maliyyə Nazirliyinin “Bakı Fond Birjası” QSC-də hərraca çıxartdığı manat və ABŞ dollarında olan dövlət istiqrazlarının buraxılışı uğurla həyata keçirilib. 

Bu barədə nazirlikdən Oxu.Az-a bildirilib. 

“Ümumi həcmi 12 milyon ABŞ dolları olan 1 illik və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02% gəlirlilik dərəcəsi ilə investorlar tərəfindən alınıb.

Eyni zamanda ümumi həcmi 20 milyon manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,8% gəlirlilik dərəcəsi ilə yerləşdirilib”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən onu da bildiriblər ki, Maliyyə Nazirliyi ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq cari ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərracların keçirilməsini təmin edəcək.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri