12 
Fev
2016
14:37
137
34
3507
Virtual karabakh

Ziya Məmmədov: Avropa və Asiya arasında yeni bir pəncərə açılır - FOTO

12 Fev, 2016
14:37
3507

Ziya Məmmədov: Avropa və Asiya arasında yeni bir pəncərə açılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın nəqliyyat naziri açıqlama verdi.

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra olunduğu ərazilərin relyefi çox çətindir.

Oxu.Az APA-ya istinadən xəbər verir, bu barədə Tiflisdə keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə üçtərəfli Koordinasiya Şurasının iclasından sonrakı mətbuat konfransında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Nazir bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi olduqca mürəkkəb prosesdir. Nəqliyyat nazirinin sözlərinə görə, Bakı-Tbilisi-Qars layihəsi 2017-ci ilin əvvəlində tam istismara veriləcək:

“Qeyd edilən dövrdən etibarən qatarların hərəkəti, yükdaşımalar və sərnişin daşımaları təmin olunacaq. Bir sözlə, Avropa və Asiya arasında yeni bir pəncərə açılır”.

Z.Məmmədov bildirib ki, hazırda Bakı-Tbilisi-Qars layihəsinin ümumi dəyəri 775 mln. dollar təşkil edir.

“Mütəxəssislərin araşdırmalarına görə, görülən işlərin maya dəyəri artacaq. Qlobal iqtisadiyyatda baş verən proseslər səbəbindən layihənin reallaşmasında istifadə olunan materiallar bahalaşır.

İstənilən şəkildə qiymət artımı araşdırılacaq və nəticələr hökumətə təqdim olunacaq”, - deyə Z.Məmmədov bildirib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri