12 
Fev
2016
23:10
26
80
2231
Virtual karabakh

“Azəryolservis” sürücülərin dövlətə vurduğu ziyanı hesablayıb

12 Fev, 2016
23:10
2231

“Azəryolservis” sürücülərin dövlətə vurduğu ziyanı hesablayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ASC məlumat yaydı.

Azərbaycanda 2015-ci il ərzində yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 349 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində dövlət büdcəsi hesabına quraşdırılmış 5 769,4 paqonmetr təhlükəsizlik səddi, 2 ədəd işıq dirəyi, 1ədəd metal informatik lövhə və 8 ədəd yol nişanı yararsız hala düşüb və dövlət büdcəsinə ümumilikdə 552,1 min manat ziyan dəyib. 

Bu barədə “Azəryolservis” dən Oxu.Az-a bildirilib. 

Baş vermiş 257 yol-nəqliyyat hadisəsinin səbəbkarları məlum olduğu üçün həmin hadisələri törədənlər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşağıdakı tədbirlər görülüb:

- 201 yol-nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olduğu üçün dəymiş ziyanın sığorta şirkətləri tərəfindən ödənilməsi üçün müvafiq sığorta şirkətlərinə ərizə ilə müraciət olunub;

- 56 yol-nəqliyyat hadisəsi törədilən avtonəqliyyat vasitəsinin icbari sığortası olmadığı üçün məhkəmə orqanlarına müraciət olunub;

- 92 yol-nəqliyyat hadisəsinin səbəbkarları məlum olmadığı üçün həmin hadisələrin törədicilərinin araşdırılaraq tapılması barədə BDYPİ-yə məktubla müraciət olunub.

“Yolların mühafizəsi xidmətini həyata keçirən tabelikdə olan cəmiyyətlər tərəfindən 2015-ci ildə 4 005 inzibati xəta hadisəsi aşkar edilərək protokol tərtib edilib və inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan şəxslərə göndərilməsi təmin edilib”, - deyə qurumdan qeyd edilib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri