12 
Fev
2016
23:20
262
70
29401
Virtual karabakh

Neftin qiymətində gözlənilməz dəyişiklik - YENİLƏNİB

12 Fev, 2016
23:20
29401

Neftin qiymətində gözlənilməz dəyişiklik - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərracların son nəticələri.

Fevralın 12-də Brent neftinin qiyməti 10%  artaraq 33 dollara çatıb.

Bu barədə Oxu.Az hərraclara istinadən xəbər verir.

Saat 21:19-a olan məlumata əsasən, Brent neftinin qiyməti bir barelə görə 32,9 dollar, WTI markalı neftin qiyməti isə 11% bahalaşaraq bir barelə görə 29,3 dollar təşkil edib.

20:43

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

Oxu.Az hərracların son nəticəsinə istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti 10 faizdən çox artıb. 

Saat 19:52-yə olan məlumata əsasən, Brent markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin qiyməti 6,92 % bahalaşaraq bir barelə görə 32,16 olub.

WTI neftinin mart fyuçerslərinin qiyməti 10,09 % artaraq bir barelə görə 28,84 dollar təşkil edib.

Qeyd olunur ki, neftin qiymətinin bahalaşmasına dünyanın ən iri neft şirkətlərinin “qara qızıl”ın istehsalını dayandıracağı barədə məlumatlar təsir göstərib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri