15 
Fev
2016
23:46
110
126
23248
Virtual karabakh

İranda ucuz istirahət - FOTO

15 Fev, 2016
23:46
23248

İranda ucuz istirahət - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran və Təbrizdə yerləşən otellərin qiymətləri araşdırılıb.

Azərbaycan turistlərinin sevimli yay istirahəti yerləri Türkiyə kurortları olsa da, bu il səyahət üçün plan quranlar İrana da diqqət yetirəcəklər. İranla bağlı yeniliklərdən sonra bu ölkəyə maraq artıb, və qonşu ölkə səyyahların diqqətini cəlb edib.

Yayın istisini dənizdə keçirmək istəyən insanlar bu il də bu imkanlarını əldən vermək istəmirlərsə, İrana mart-may və ya sentyabr-noyabr aylarında səyahət edə bilərlər. Elə Novruz tətili də İrana səyahət üçün yaxşı vaxt sayıla bilər.

Özü də təkcə turistlərin yox. İrana yolu düşənlər arasında bu ölkədəki iqtisadi yeniliklərdən faydalanmaq istəyən iş adamları da var.

Axtarış sistemlərində İran otelləri azdır

Oxu.Az xəbər verir ki, Fins.az İrana səyahət edib, fərqli mədəniyyət və fərqli məkanlar görmək, eləcə də Cənubi Azərbaycanla tanış olmaq istəyənlərin qala biləcəkləri hotelləri araşdırıb. Qeyd edək ki, indiyədək İran beynəlxalq sistemlərə o qədər də aktiv qoşulmadığından beynəlxalq axtarış sistemlərində bu ölkədəki hotellərin sayı böyük deyil.

Belə ki, əvvəlcədən rezervasiya edərək, Tehranda qala biləcəyiniz 48, Təbrizdə 9 otel var. Amma gələcəkdə bu göstəricinin də artacağı gözlənilir. Qeyd edək ki, göstərilən qiymətlərə səhər yeməyi də daxildir.

Tehran otelləri

“Niloo otel”

Belə məkanlardan biri 4 ulduzlu “Niloo oteli”dir. Bu otelə ailənizlə, cütlük olaraq, dostlarla, tək və biznes görüşləriniz müddətində qala bilərsiniz. otelin doluluq səviyyəsinin ən yüksək həddi sentyabr-oktyabr aylarında olur. Ən az ziyarətçini isə mart-may aylarında qəbul edir. Otelin bir gecəsi 76 manatdan başlayır. Oteldə ingilis, rus, türk, alman kimi 8 dildə danışan müxtəlif əməkdaşlar tapa bilərsiniz.

“Mashad otel”

Bu hotel 3 ulduzlu hoteldir, lakin xidmətləri 4 ulduzlu otellərdən aşağı deyil. Otelə ən çox cütlüklər və dostları ilə gələn müştərilər ziyarət edir. Bu otelin doluluq səviyyəsinin yüksək olduğu vaxtlar sentyabr-noyabr ayları, ən az isə mart-may aylarıdır. Bu oteldə 5 dildə ünsiyyət mümkündür. Bunlar ingilis, alman, italyan, holland və yapon. Otelin qiyməti 75 manatdır.

“Espinas otel”

Tehranda qala biləcəyiniz digər 3 ulduzlu hotel “Espinas otel”dir. Bütün fəsillərdə doluluq səviyyəsi pik həddə olan hoteldə qalanlar ən çox biznesmenlər və dostları ilə istirahətə gələn qonaqlardır. Ən çox ziyarət edilən dövrlər isə sentyabr-noyabr ayları, nisbətən az qonağı olan dövrlər isə iyun-avqust aylarıdır. Hoteldə bir gecənin qiyməti 76 manatdan başlayır. İngilis, rus, türk və italyan kimi 14 dildə ünsiyyət mümkündür.

“Simorgh otel”

“Simorgh otel” Tehranda yerləşən 4 ulduzlu hoteldir. Bu hoteldə dostları ilə gələnlər və cütlüklər daha çox ziyarət edirlər. Ən çox ziyarət edilən vaxt dekabr-fevral, ən az ziyarət edilən dövrlər isə mart-may aylarıdır. Hoteldə ingilis, rus, türk, alman, italyan və s. olmaqla 7 dildə danışmaq mümkündür.  Qiyməti 76 manatdan başlayır.

“Escan otel”

3 ulduzlu bu hotel də Tehrana gələn qonaqların çox üz tutduqları məkanlardandır. otelin ən ziyarətçiləri əsasən cütlüklər və tək səyahət etməyi sevən insanlardır. Oteldə sentyabr-noyabr aylarında yer tapmaya da bilərsiniz, bu dövrlərdə otel tam dolur. Oteldə ingilis, italyan, alman, rus, türk, fransız və s. dillər də daxil olmaqla 10 dildə danışmaq mümkündür. Oteldə gecəlik qiymətlər 75 manatdan başlayır.

Təbriz otelləri

Təbriz otelləri arasında əvvəldən rezervasiya edə biləcəyiniz 3 ulduzlu otellər onlayn platformada çətinliklə tapılır. Rezervasiya üçün qarşınıza daha çox 4 və 5 ulduzlu otellər çıxacaq.

“Gostaresh otel”

“Gostaresh otel”i hoteli 4 ulduzludur. Ailələri gələn qonaqlar daha çox bu hotelə üz tuturlar. Hotelin ən çox ziyarətçi qəbul etdiyi vaxt iyun-avqust aylarıdır. Oteldə ingilis, fransız, türk, ispan dilində danışan əməkdaşlar sizə köməklik göstərəcəklər. Oteldə bir gecəlik qiymət 142 manatdır.

“Tabriz El-Goli Pars otel”

“Tabriz El-Goli Pars otel”i 5 ulduzlu hoteldir, ümumiyyətlə Təbrizdə onlayn formada aşağı büdcəli otel tapmaq Tehrandan daha çətindir, qarşınıza çıxan otellər əsasən 5 ulduzlu otellər olacaq. Bu otel daha çox biznes görüşlər üçün gələnlər və ailələr üstünlük verirlər. Doluluq səviyyəsi iyun-avqust aylarında daha yüksək olur. Oteldə 6 dildə sizi qarşılaya bilərlər. Bunlar, ingilis, italyan, alman, türk, rus, fransız. Oteldə bir gecəlik qiymətlər 143 manatdan başlayır.

“Shahryar International otel”

“Shahryar International otel”i də 5 ulduzlu hoteldir. Otelin qonaqları daha çox ailələr və cütlüklər olur. Doluluq səviyyəsi iyun-avqust aylarında daha yüksək olur. İngilis, türk, rus olmaqla hoteldə 6 dildə danışan müxtəlif əməkdaşlar var.  Burada da qiymətlər 143 manatdan başlayır.

5-20 manatlıq otellər də var

Daha ucuz  - 1 və 2 ulduzlu otellərdə qalmaq istəyənlər isə, bunu internetdə yox, elə şəhərin özündə axtara bilərlər. İran şəhərlərində ucuz hotellər və qonaq evlərinin sayı çoxdur, lakin onlar internetdə elanlara çox da əhəmiyyət vermədikləri üçün ucuz oteli soraqlayaraq tapmaq ən asan yoldur.

Şəxsi avtomobilinizlə gedirsinizsə, dayanacaqlardakı taksi sürücülərində, taksi ilə gedirsinizsə, öz sürücünüzdən, avtobusla gedirsinizsə, sonuncu dayanacaq və ya elə avtobusun sürücüsündən qala biləcəyiniz çox sayda yer tapa bilərsiniz.

Tehranda mərkəzi küçələrin birində düşsəniz hər addımbaşı mehmanxana görəcəksiniz. 10 manata orta şəraitli mehmanxanalar tapmaq mükündür, 20- 35 manat arası pulla da normal, aşağı büdcəli hotellərdə qala bilərsiniz. Ucuz otellər və qonaq evləri çox komfortlu deyil və bir çoxunda səhər yeməyi verilmir. Bununla belə, aşağı büdcə ilə səyahət edənlər üçün həmin məkanlar ideal məkanlardır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri