17 
Mar
2016
18:30
16
95
4151
Virtual karabakh

Bakıda “Uber” taksiləri yoxa çıxıb – FOTO

17 Mar, 2016
18:30
4151

Bakıda “Uber” taksiləri yoxa çıxıb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qədər öncə endirimlər edilib.

Bu gün səhər saatlarından etibarən “Uber” taksi xidmətindən istifadə mümkün olmayıb.

Oxu.Az-a daxil olan məlumata görə, taksi xidmətindən yararlanmaq istəyən istifadəçilər avtomobil tapa bilməyiblər.

Müxbirimiz Bakının müxtəlif ərazilərində “Uber” xidmətində çalışan maşın çağırmağa çalışıb, amma hər yerdə xəttə avtomobilin olmadığına dair məlumat çıxıb.

Məsələ ilə bağlı “Uber Azerbaijan” xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.

Əlavə edək ki, bir müddət öncə “Uber” Azərbaycanda qiymətləri aşağı salıb. Bunun nəticəsində “Uber” xidmətlərinin qiyməti 27-30% aşağı düşüb. 

Qeyd edək ki, “Uber” mobil tətbiqi dünyanın 360-dan çox şəhərində mövcud olan ən rahat və sərfəli üsuldur. İstədiyiniz vaxt mobil telefonun ekranına bir toxunuşla, şəxsi avtomobil və sürücü çağırmaq və öncədən səyahət haqqının nə qədər məbləğ təşkil edəcəyini bilməyə imkan verir.

Ödəniş tamamilə nağdsız şəkildə baş verir və bununla da maksimum şəffaflığa zəmanət təqdim olunur.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri