Apr
2016
15:17
589
31
4611
Virtual karabakh

Şəhid olan hərbçilərin bank borcları silinə bilər

5 Apr, 2016
15:17
4611

Şəhid olan hərbçilərin bank borcları silinə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təklif hazırlanıb.

Milli Məclisdə cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar üçün güzəştlərin tətbiq edilməsi təklif edilir.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edib.

O bildirib ki, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan insanlar son gərginliklər zamanı fədakarlıq nümayiş etdirdi.

Q.Paşayeva, həmçinin ordumuzun son uğurlu əməliyyatları zamanı şəhid olan hərbçilərimizin və ya onların aillərinin banklara olan borclarının banklar tərəfindən silinməsini təklif edib.

Deputat deyib ki, banklar tərəfindən şəhid ailələrinin borclarının silinməsi cəmiyyət tərəfindən çox müsbət qarşılanar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri