27 
Apr
2016
11:07
109
11
4135
Virtual karabakh

Azərbaycan tikinti materialı “Gobustone” artıq Gürcüstan bazarında – FOTO

27 Apr, 2016
11:07
4135

Azərbaycan tikinti materialı “Gobustone” artıq Gürcüstan bazarında – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Synergy Group” bu istiqamətdə bir sıra uğurlu nəticələr göstərməkdədir.

Qeyri-neft sektorunun inkişafı və ixracın stimullaşdırılması dövlət strategiyasının ayrılmaz hissəsidir. “Synergy Group” bu istiqamətdə bir sıra uğurlu nəticələr göstərməkdədir.

2011-ci ildən Azərbaycan tikinti bazarında önəmli rol oynayan “Gobustone” hörgü blokları iqtisadiyyatın diversifikasiyasına və ölkənin ixrac potensialına öz tövhəsini verməkdədir. 

Regionda ilk dəfə olaraq məsaməli qazobeton blokları “Synergy Group” ASC-nin “AAC” zavodunda istehsal olunur.

Bu ilin aprel ayından “Gobustone” məhsulları artıq Gürcüstana ixrac olunur. Bu hörgü daşları tarixi və müasirliyi özündə birləşdirən Tbilisinin və digər gürcü şəhərlərinin yeni siması olacaqdır. 

Prezident İlham Əliyev yerli istehsalın inkişafına olan ümidini doğrultmaq və istehsal sahəsində fəaliyyət göstərən bütün qurumlar qarşısında bir məsuliyyət hissi yaradıb.

O, çıxışlarının birində bildirmişdi ki, “mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək”.

Bu məramla qeyd edilməlidir ki, yerli istehsal olan “Gobustone” hörgü blokları Azərbaycan tikinti bazarında yeni dövr hesab olunur və ənənəvi inşaat materiallarından öz üstünlükləri ilə seçilir. 

Digər tikinti materialları ilə müqayisədə möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi və kommunal xərclərə qənaət etməsi ilə seçilir.

Bu səbəbləri nəzərə alaraq “Gobustone” hörgü blokları Azərbaycanın bir sıra müasir inşaat layihələrində öz əksini tapmışdır - “Port Baku Residence” və “Tower”, “28 Mall” ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, “Trump Tower”, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay-qış turizm mərkəzi, Qubada “Rixos” hoteli və Şabranda “Qalaaltı” istirahət mərkəzi bu qəbildəndir.

Bununla “Gobustone” məhsulu qısa zamanda yerli tikinti bazarı, eləcə də bütün Qafqazda keyfiyyətli iş nümayiş etdirməklə şöhrət qazanmışdır.

Öz adımızda tariximizi və keçmişimizi yaşadaraq, “Gobustone” brendi bazarda yeni məhsul ilə tanınmasına və ölkənin ixrac potensialına töhfə vermək istəyi ilə yola çıxmışdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri