May
2016
10:20
126
24
2898
Virtual karabakh

Dövriyyədə olan manat kütləsi artdı

4 May, 2016
10:20
2898

Dövriyyədə olan manat kütləsi artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının yeni hesabatı.

2016-cı ilin mayın 1-nə Azərbaycanda dövriyyədə olan manat kütləsinin (pul bazası) həcmi 6 milyard 726,1 milyon manat təşkil edib. Bu isə cari ilin mart ayının yekunları ilə müqayisədə 190,3 milyon manat və ya 2,9% artım deməkdir.

Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin aprel ayının yekunları ilə bağlı açıqladığı statistik məlumatlara istinadən xəbər verir. 

Hesabata görə, cari ilin əvvəlindən isə dövriyyədə olan manat kütləsi 175,7 milyon manat və ya 2,5% azalıb. 

Qeyd edək ki, cari ilin əvvəlində dövriyyədə olan manat kütləsinin həcmi 6 milyard 901,8 milyon manat, mart ayının yekunlarında, yəni aprelin 1-nə isə 6 milyard 535,8 milyon manat təşkil edib. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri