29 
İyn
2016
16:28
99
26
12070
Virtual karabakh

Azərbaycan bankları “PayPal”a razılıq verdilər

29 İyn, 2016
16:28
12070

Azərbaycan bankları “PayPal”a razılıq verdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının müraciətinə əsasən, “PayPal” şirkətinin xidmətlərinin Azərbaycan bankları vasitəsilə təqdim edilməsi ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) tərəfindən banklarla müzakirələr aparılıb və bu məsələyə dair bankların rəyləri ümumiləşdirilərək Mərkəzi Bankına ünvanlanıb.

Oxu.Az xəbər verir ki, biznesin inkişafı üzrə mütəxəssis Nicat Manafovun Marja.az-a verdiyi məlumata görə, bunu ABA-nın icraçı direktoru Yunus Abdulov bildirib.

Mərkəzi Bankdan ABA-ya verilən məlumata görə, “PayPal” şirkətinin yerli banklarla əməkdaşlığının uyğun forma və üsullarının araşdırılması üzrə iş aparılır. Nəticə barədə məlumat veriləcək.

ABA-nın icraçı direktoru Y.Abdulov Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanovaya məktub göndərib.

Məktubda qeyd edilir ki,

- Azərbaycan Mərkəzi Bankı tərəfindən ABA-ya ünvanlanmış 18 may 2016-cı il tarixli, 11- 00182-2016 və 11-00183-2016 saylı məktublara cavab olaraq bildirmək istəyirik ki, “Cash back” xidmətinin yerli bazarda tətbiqi və “PayPal” şirkətinin agent bankı olmağa dair münasibətlərin öyrənilməsi üçün ABA üzv banklara müraciət ünvanlayıb.

Bir sıra banklardan daxil olan cavablar onu deməyə əsas verir ki, banklar ümumilikdə bu xidmətlərin yerli bazarda tətbiqinə maraqlıdırlar. 

Bununla yanaşı, həmin xidmətlərin yerli bazarda tətbiqi şərtlərinin müəyyənləşdirilməsi və hər iki məsələnin ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunda daha geniş müzakirəsinə ehtiyac olduğu banklar tərəfindən qeyd olunur.

Qeyd edək ki, ölkəmizin bir çox sahibkarlar öz məhsullarını “Ebay”, “Etsy” kimi sistemlərdə satışa çıxarda bilmirlər. 

Səbəbi də “PayPal” üzərindən ödəniş qəbul etmək imkanının olmamasıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri