25 
İyl
2016
15:17
24
122
3626
Virtual karabakh

Mərkəzi Bank 50 milyon manatı cəlb edə bildi –YENİLƏNİB

25 İyl, 2016
15:17
3626

Mərkəzi Bank 50 milyon manatı cəlb edə bildi –YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % olub.

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 milyon manat təşkil edib. 

Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,99 % olub. 

Qeyd edək ki, bu gün keçiriləcək hərracda 50 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu.

Müddət 28 gün, faiz dərəcəsi 4,01%-6,99% olaraq müəyyən edilmişdi.

10:30

Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək.

Oxu.Az-ın məlumatına görə, bu gün keçiriləcək depozit hərracında 50 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. 

Depozit hərracının müddəti 28 gün təşkil edir. Hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

Hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri