28 
İyl
2016
13:55
198
14
1349
Virtual karabakh

Kürdəmirdə pambıq əkini dəfələrlə artıb

Rayonda diri çəkidə 3659 ton ət, 20782 ton süd, 8377 min ədəd yumurta, 222 ton yun istehsal edilib.

Rayonun bitkişilik sahəsində kütləvi əkin sahələri taxılçılıq, tərəvəz və bostan bitkiləri, yem bitkilərinin əkin sahələridir. Bununla belə təsərrüfatlarda kartof, dən üçün qarğıdalı, meyvə, üzüm və sair kənd təsərrüfatı məhsulları da istehsal edilir.

İyunun 1-i vəziyyətinə olan məlumatlara görə, rayonun cəmi əkin sahəsi 63329,3 hektar olub. Ötən illə müqaisədə bu göstərici 1093,3 hektar və ya 1,8% çox olub. 

Bu barədə Kürdəmir Rayon Statistikasından Oxu.Az-a bildirilib. 

2016-cı ilin məhsulu üçün salamat qalmış taxılın biçiləcək sahəsi 40198 hektar olmuşdur ki, bununda 13 min 256 hektarı (33%) buğdanın, 26942 hektarı (67%) arpanın əkin sahələri təşkil etmişdir. 

Taxıl biçiləcək sahə ötən ilin müvafiq dövrünə nisbətən 1410 hektar və ya 3,6% çox olub. Buğdanın biçiləcək sahəsi 168 hektar və ya 1,3% azalıb, arpanın biçiləcək sahəsi isə 1578 hektar və ya 6,2% artıb.

Yazlıq dənlilərdən rayon ərazisində 173,6 hektar dən üçün qarğıdalı əkilmişdir. 2015-ci illə müqayisədə qarğıdalının əkin sahəsi 147,4 hektar və ya 45,9% azalıb.  

2016-cı ildə rayonda əkilmiş texniki bitkilərin əkin sahələrinin cəmi 1962 hektar, ötən ilin müvafiq dövründən 1822 hektar və ya 14 dəfə çox olub. 

Texniki bitkilərin əkin sahəsinin artmasında başlıca səbəb cari ildə pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı yaradılan imkanlar olub. 

Belə ki, cari ildə pambıq əkini texniki bitkilərin 97,4%-ni təşkil edib. 

Ötən ildə rayonda pambıq əkini 22 hektar olduğu halda cari ildə bu göstərici 87 dəfə və ya 1889 hektar ataraq 1911 hektara çatıb.

Texniki bitkilərin əkin sahəsinin 0,6%-ni dən üçün günəbaxan, 2%-ni isə yerfındığı bitkilərinin əkin sahələri təşkil edib.

Cari ilin məhsulu üçün əkilmiş dən üçün günəbaxanın əkin sahəsi 87,2% və ya 75 hektar azalaraq 11 hektar, yerfındığının əkin sahəsi isə 25% və ya 8 hektar artaraq 40 hektar təşkil edib.

Kartof, tərəvəz və bostan bitkilərinnin cəmi əkin sahəsində azalma müşahidə olunmuş, 2015-ci ildə bu göstərici 8010 hektar cari ildə isə 7751,5 hektar (258,5 hektar və ya 3,2% az) təşkil edib.

Belə ki, kartofun əkin sahəsi 1217 hektar olmaqla ötən ilin müvafiq dövründən 3 hektar və ya 0,2% çox, tərəvəz bitkilərinin əkin sahəsi 2475,2 hektar olmaqla ötən ilin müvafiq dövründən 222,8 hektar və ya 8,3% az, ərzaq üçün bostan bitkilərinin əkin sahəsi 4059,3 hektar olmaqla ötən ilin müvafiq dövründən 38,7 hektar və ya 0,9%azdır.

Yem bitkiləri cəmi 12377,2 hektar olmaqla, ötən ilin müvafiq dövründən 640,8 hektar və ya 4,6% azalıb. Cari ilin yem bitkilərinin tərkibinin 14,2%-ni (1762,2 hektar) cari ilin çoxillik otları, 85,8%-ni (10615 hektar) keçmiş illərdə əkilmiş çoxillik otlar təşkil edib.

Rayonun cəmi əkin sahəsinin 5364,3 hektarı (8,5%) kənd təsərrüfatı müəssisələrinin, 1019,1 hektarı (1,6%) fərdi sahibkar təsərrüfatlarının, 56945,9 hektarı (89,9%) ailə kəndli və ev təsərrüfatlarının payına düşür. 

Kənd təsərrüfatının heyvandarlıq sahəsi də rayon iqtisadiyyatı üçün əsas sahələrdən biridir. Son illərdə bu sahənin inkişafı istiqamətində görülmüş işlər və mal-qaranın baş sayının artması məhsul istehsalına öz təsirini göstərmişdir. 

Belə ki, cari ilin 6 ayı ərzində heyvandarlıq sahəsində diri çəkidə 3659 ton ət, 20782 ton süd, 8377 min ədəd yumurta, 222 ton yun istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqaisədə ət istehsalı 2%, süd istehsalı 2,8%, yumurta istehsalı 0,2%, yun istehsalı 0,5% artıb.

İyul  ayının 1-i vəziyyətinə iri buynuzlu mal-qaranın sayı 64 min 898 baş, inək və camışların sayı 33 min 313 baş, qoyun və keçilərin sayı 132 min 416 baş, donuzların sayı isə 208 başa çatıb. 

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri