18 
Avq
2016
14:15
34
85
5797
Virtual karabakh

Hərracda dollara rekord tələb – YENİLƏNİB

18 Avq, 2016
14:15
5797

Hərracda dollara rekord tələb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Valyuta hərracında iştirak edən bankların sayı artıb.

Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən keçirilmiş hərracda bankların dollara tələbi ən azı 700 milyon dollar olub. 

Oxu.Az xəbər verir ki, bu barədə “Marja”ya bank dairələrindən bildirilib.

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) əvvəlki depozit hərracında cəlb etdiyi vəsaiti qaytardığı gündür. Banklar AMB-ə yatırdıqları manatdakı vəsaitləri geri alıb dollar almağa cəhd edirlər.

Əvvəlki hərraclarda dollara tələb 600 milyona çıxaraq rekord vurmuşdu.

AMB bu hərraclar vasitəsilə izafi manat kütləsini dövriyyədən çıxardır. Bir sıra bankların izafi manat kütləsi var. 

Onlar bu manat kütləsini dollar almaq üçün bazara çıxardıqda manatın məzənnəsinə təsir edir. Hərracın keçirilməsində də əsas məqsəd, bu manatı bazardan qısa müddətə çıxarmaqdır.

12:36

Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb. 

Neft Fondundan Oxu.Az-a verilən məlumata görə, bu vəsait 28 banka satılıb.

 İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək. 

Qeyd edək ki, ötən gün SOFAZ tərəfindən 50 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb və 27 banka satılıb.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri