19 
Avq
2016
12:05
143
22
5991
Virtual karabakh

Bakıda avtomobillərin sayı azalır – STATİSTİKA

19 Avq, 2016
12:05
5991

Bakıda avtomobillərin sayı azalır – STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobil nəqliyyatı vasitələrinin sayı azalmağa başlayıb.

2015-ci ildə ölkədə avtomobil nəqliyyatı vasitələrinin sayı 2,4% artsa da, Bakıda 2014-cü ilə nisbətən 1,8% azalıb. 

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən ( DSK) bildiriblər.

1 yanvar 2016-cı il üçün Bakıda 728,7 min avtomobil qeydiyyata alınıb. Paytaxtda cəmi 586,1 min özəl minik avtomobili var. Bu, 2014-cü ilə nisbətən 14 min ədəd azdır.

Bakıda minik avtomobillərinin sayı dövlət və özəl strukturlarının avtoparkları nəzərə alınmaqla bu ilin əvvəli üçün 634,1 min ədəd olub.

Maraqlıdır ki, Bakıda təkcə minik avtomobilləri yox, yük avtomobilləri də azalır. Əgər 2014-cü ildə yük avtomobillərinin sayı 64 min olubsa, 2015-ci ildə bu göstərici 62,3 min ədəd azalıb.

Ekspertlərə görə, Bakıda avtomobillərin sayının azalmasını iqtisadi böhranla bağlı vətəndaşların regionlara axını ilə əlaqələndirmək olar. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri