26 
Okt
2016
14:14
15
53
2928
Virtual karabakh

Azərbaycan avrobondları tarixi maksimum qiymətə çatıb

26 Okt, 2016
14:14
2928

Azərbaycan avrobondları tarixi maksimum qiymətə çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarına çıxardığı istiqrazların qiyməti rekord həddə çatıb. 

Oxu.Az xəbər verir k, bu barədə “Report”a açıqlamasında “Kapital Menecment İnvestisiya Şirkəti” QSC-nin analitiki Cəfər İbrahimli məlumat verib.

Onun sözlərinə görə, nominal dəyəri 1000 dollar olan 1,25 milyon avrobond (1,25 milyard dollarlıq) hazırda bazarda illik 4% gəlirliliklə realizə edilir:

“Qiymətli kağızlar nominal dəyərinə nisbətdə 104,25%-lə (1042,5 dollara) alınır, 104,75%-lə (1 047,5 dollara) isə satılır. Halbuki, illik kupon faizi 4,75% olan avrobondlar illik 5% gəlirliliklə yerləşdirilib. Yəni, ölkəmiz üçün borclanma faizi 5% olub”.

“Ötən ilin dekabrında manatın təkrar devalvasiyasından sonra bu istiqrazların alış-satış qiyməti nominal dəyərinin 98-99%-i qədəri olub. İndisə alış-satış qiymətində 6-7% bəndi fərq var. Yəni, 8-9 ay bundan əvvəl Azərbaycan avrobondlarını alanlar bu müddətdə dollarla 6-7% gəlir əldə etmiş olublar”, - deyə C.İbrahimli qeyd edib.

Onun sözlərinə görə, bu, ikili devalvasiyaya və iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanın mövqeyinin kapital bazarında kifayət qədər yaxşılaşması deməkdir: “Maliyyə Nazirliyi manatla buraxdığı istiqrazlara 15-20% gəlirlilik vəd etməklə bərabər, dollarla avrobondlar yerləşdirərək əvvəlki yerləşdirmədən daha aşağı faizlə (təxminən 4%-lə) vəsait cəlb edə və ölkənin tədiyyə balansını müsbətə doğru dəyişdirə bilər”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri