21 
Noy
2016
15:47
83
32
2410
Virtual karabakh

Baş direktor: Bakının Azad Ticarət Zonası yeni bir marka olacaq

21 Noy, 2016
15:47
2410

Baş direktor: Bakının Azad Ticarət Zonası yeni bir marka olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azad Ticarət Zonasının yaradılması ilə bağlı müxtəlif təcrübələr nəzərdən keçirilib. Düşünürük ki, Dubay təcrübəsi bizə daha yaxındır.

Cənab prezident bu istiqamətdə müvafiq tapşırıqlar verib. Burada Dubaydakı kimi birpəncərəli sistem işə düşəcək və düşünürük ki, 5-6 ildən sonra nəticələrini verməyə başlayacaq”. 

Oxu.Az xəbər verir ki, bu sözləri “Bakı Beynəlxaq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.

T.Ziyadov əlavə edib ki, Ələtdə yeni hava limanı tikiləcək: “Ələt yaxın illərdə böyük şəhərə çevriləcək. Azad Ticarət Zonası üçün 400 hektar yer ayrılıb, gələcəkdə daha 2 min hektar ayrıla bilər” .

Baş direktor xatırladıb ki, Bakıda yaradılacaq Azad Ticarət Zonası yeni bir marka olacaq:

“Cəbəl Əli Azad Ticarət Zonası (JAFZA) Dubayda yaradılmış Azad Ticarət Zonasıdır. Bu zonada əvvəllər bir liman var idi. Çox az insan isə inanırdı ki, Azad Ticarət Zonası nə vaxtsa, BƏƏ-nin ÜMD-nin 20%-ni verəcək. 

Ancaq 2013-cü ilin rəqəmlərinə görə, adıçəkilən zonanın ümumi dövriyyəsi 100 milyard dolları keçib. Cəbəl Əli nəinki Dubayda, o cümlədən regionda bir marka olub. 

Bütün o regionun əsas qovşağı olub. Biz də ümid edirik ki, yerləşdiyimiz bu ərazidə, Bakı Limanı və ətrafında da buna bənzər bir inkişaf modeli ortaya çıxacaq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri