21 
Noy
2016
16:48
93
11
4888
Virtual karabakh

“Bakı Beynəlxaq Dəniz Ticarət Limanı”ndan – FOTOREPORTAJ

21 Noy, 2016
16:48
4888

“Bakı Beynəlxaq Dəniz Ticarət Limanı”ndan – FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Bakı Beynəlxaq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) jurnalistlər üçün press-tur təşkil edilib.

QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Azad Ticarət Zonasının yaradılma məqsədi və gələcəkdəki faydası barədə jurnalistləri məlumatlandırıb. Bildirib ki, 2017-ci ildə Bakıda Azad Ticarət Zonası işə başlaya bilər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Prezidenti “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycan Respublikasının logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi və ölkədə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılmasıdır.

Oxu.Az Bakı Limanından hazırladığı fotoreportajı oxucularımıza təqdim edir:

Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri