28 
Noy
2016
16:46
15
208
4762
Virtual karabakh

Hesablama Palatası: “Bakı Metropoliten”i qənaətə keçməlidir

28 Noy, 2016
16:46
4762

Hesablama Palatası: “Bakı Metropoliten”i qənaətə keçməlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə “Bakı Metropoliten”i QSC qənaətə keçməlidir. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində bildirilir.

Bakı şəhərinin ictimai nəqliyyatında metropolitenin rolunu və onun sosial əhəmiyyətini və bu sahədə tariflərin tənzimlənməsinin vacibliyini nəzərə alaraq “Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 milyon 998,2 min manat və ya 21% az olmaqla 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılıb.

Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi “Bakı Metropoliteni”nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.

Qeyd edək ki, bəzi ekspertlər metropolitenə ayrılacaq subsidiyaların azaldılması ilə əlaqədar olaraq metroda gediş haqqının (hazırda 20 qəpik təşkil edir) artırılacağını bildirirlər. Amma metropoliten bununla bağlı rəsmi açıqlamada qiymət artımının gözlənilmədiyini bildirib.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri