Dek
2016
14:41
9
63
3351
Virtual karabakh

Bankların nizamnamə kapitallarının miqdarı məlum oldu

8 Dek, 2016
14:41
3351

Bankların nizamnamə kapitallarının miqdarı məlum oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır.

Göründüyü kimi, nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.

Azərbaycanın Mülki Məcəlləsinə əsasən, nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.

İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.
Bankların nizamnamə kapitalı nə qədərdir?

Oxu.Az xəbər verir ki, Banco.az bankların Nizamnamə kapitalını araşdırıb və bu göstəriciyə görə bankları sıralayıb:

Nizamnamə kapitalına görə ilk onluqda “Beynəlxalq Bank”, “Paşa Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Nikoil Bank”, “Expressbank”, “Bank Silk Way”, “Unibank” və “AFB Bank” yer alıb.

Bank

Nizamnamə Kapitalı 

(manat)

Beynəlxalq Bank

641 287 250

Paşa Bank

333 000 000

Xalq Bank

211 646 490

Kapital Bank

185 000 000

Nikoil Bank

184 500 000

Expressbank

137 257 000

Bank Silk Way

101 544 890

AccessBank

85 000 000

Unibank

70 565 232

AFB Bank

70 393 455

NBC Bank

64 000 000

ASB Bank

60 000 000

Bank Respublika

57 500 000

Turanbank

55 003 470

Muğanbank

65 000 000

Bank of Baku

52 870 000

Bank BTB

52 000 000

VTB Bank Azərbaycan

50 815 000

Caspian Development
 Bank

50 020 000

Ziraat Bankı

50 000 000

Bank Avrasiya

50 000 000

Azər Türk Bank

50 000 000

Atabank

50 000 000

Rabitəbank

48 500 000

Yapı Kredi Bank Azərbaycan

46 810 700

Amrahbank 

39 844 400

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri