13 
Dek
2016
16:43
218
58
14906
Virtual karabakh

“Jumeirah” Azərbaycandan gedir

13 Dek, 2016
16:43
14906

“Jumeirah” Azərbaycandan gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Jumeirah” brendi və “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən “Jumeirah” riteyli Azərbaycanı tərk edir. 

Oxu.Az xəbər verir ki, tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadək, yəni 31 dekabr 2016-ci ildə bitəcək. 

Bununla əlaqədar olaraq, 2017-ci ildən hotel daha “Jumeirah” adını daşımayacaq. Hotelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensional olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalacağı ehtimal olunur. 

Qeyd edək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir. 

Mənbə: fins.az

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri