23 
Dek
2016
00:04
289
31
16224
Virtual karabakh

Bakı metropolitendə yeni xətlər: Stansiyaların sayı 76-ya çatdırılacaq

23 Dek, 2016
00:04
16224

Bakı metropolitendə yeni xətlər: Stansiyaların sayı 76-ya çatdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2035-ci ilədək Bakı metropoliteni xətlərinin uzunluğu dörd dəfə artacaq.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu, Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.

Plana əsasən metropoliten xətlərinin uzunluğu hazırkı 37,8 kilometrdən 145 kilometrə çatdırılacaq. Xırdalan şəhəri, Lökbatan, Binəqədi, Mehdiabad, Digah qəsəbələrinədək metro xətlərinin çəkilməsi planlaşdırılır.

Hazırda Bakı metropoliteni 25 stansiya və 3 xətdən ibarətdir. İnkişaf planına əsasən, metropolitendə xətlərin sayı 5-ə, stansiyaların sayı 76-ya çatdırılacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri