27 
Dek
2016
16:14
19
267
9107
Virtual karabakh

Bayram ərəfəsində bazarda qiymətlər – VİDEO

Oxu.Az-ın əməkdaşları Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” yaxınlığında təşkil edilən yarmarkada, eləcə də bazarın özündə olub və qiymətlər ilə maraqlanıb. 

Bazarda qiymətlər yarmarkadakından 20-30% bahadır. 

Yeni ilin başlamasına 4 gün qalmasına baxmayaraq, Bakıda yerləşən yarmarka və bazarlarda alıcı gözə dəymirdi. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşı isə bunu həftənin əvvəli olması ilə izah edib:

“Düzdür, alıcılıq qabiliyyəti aşağıdır, amma şənbə, bazar günləri qismən də olsa alıcıların sayı artır”, - deyə o deyib. 

Qeyd edək ki, nazirlik tərəfindən Bakıda ümumilikdə 5, Sumqayıtda isə 2 yarmarkanın keçirilməsi nəzərdə tutulub. Nazirliyin əməkdaşlarının sözlərinə görə, bu il Abşeron rayonu, Xırdalan şəhəri ərazisində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilməyəcək. 

İsmayıl Nur

Ülviyyə R. Əli

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər İqtisadiyyat xəbərləri