10 
Yan
2017
10:20
40
140
15300
Virtual karabakh

Bakı bazarlarından biri müflis olub

“Suraxanı Bazarı” ASC məhkəməyə verilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bazarı məhkəməyə onun səhmdarı verib.

Belə ki, Səbirə Əsgər qızı Məmmədova “Suraxanı Bazarı”nın səhmdar cəmiyyət kimi fəaliyyət göstərdiyi 16 il ərzində divident ödəmədiyinə görə müflis elan edilməsi haqqında iddia ərazəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddiaya yanvarın 27-də, hakim İntizar Bayramovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, “Suraxanı Bazarı” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 848 manatdır.

A.M.

www.oxu.az

Digər İqtisadiyyat xəbərləri