11 
Yan
2017
12:00
6
115
2341
yuxarı
“Azərenerji”dən qaz kəmərindəki yanğınla bağlı – AÇIQLAMA
11 Yan, 2017
12:00
2341
6
115
“Azərenerji”dən qaz kəmərindəki yanğınla bağlı – AÇIQLAMA
Dünən axşam saatlarında Səngəçal magistral qaz kəmərində baş vermiş qəza ilə əlaqədar “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsi operativ tədbirlər görüb, nəticədə elektrik enerjisi istehsalında fasilə yaranmayıb və dayanıqlıq təmin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirilib.
Onun sözlərinə görə, qaz təchizatında yaranan fasilə alternativ resurslardan istifadə zərurəti yaradıb: “Azərbaycan elektroenergetika sisteminin ən böyük generasiya gücünə malik stansiyası - Azərbaycan İES dərhal istehsal prosesində təbii qazdan mazut yanacağına keçib. İstehsal edilən elektrik enerjisinin 80%-i bu yanacaqdan alınıb”.
A.M.
Bizimlə əlaqə saxlayın
Digər İqtisadiyyat xəbərləri
20 
Apr
2024
00:00
“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
157
16
4746
19 
Apr
2024
20:00
Azərbaycanla Ermənistan arasında mühüm razılaşma - Xəbərlərin 20:00 buraxılışı
100
10
822