11 
Yan
2017
12:36
10
85
1623
Virtual karabakh

Vergilər Nazirliyi ötən ilin planını yerinə yetirə bilib?

11 Yan, 2017
12:36
1623

Vergilər Nazirliyi ötən ilin planını yerinə yetirə bilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vergilər Nazirliyi 2016-cı ildə dövlət büdcəsinə 7 mlrd.15 mln.165,4 min manat məbləğində vergi və rüsum köçürüb. 

Oxu.Az xəbər verir ki, bu barədə  “İnterfaks-Azərbaycan”  agentliyinə nazirlikdən məlumat verilib.

Vergilər Nazirliyi 2015-ci ildə dövlət büdcəsinə 7 mlrd.118 mln.196,7 min manat məbləğində vergi və rüsum köçürüb. Beləliklə, 2016-cı ildə köçürmələrin həcmi 1,4% azalıb.

“Vergi orqanları 2016-cı ildə dövlət büdcəsinə vergi və rüsum köçürmələri üzrə planı yerinə yetirib. Köçürmələrin faktiki həcmi 7 mlrd.15 mln.165,4 min manat təşkil edib (plan tapşırığı 100,08% yerinə yetirilib)”, - deyə məlumatda qeyd edilir.

Nazirlik tərəfindən 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə plan 7 mlrd. 10 mln. manat təşkil edir.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri