11 
Yan
2017
14:18
11
73
1485
Virtual karabakh

“Davos Dünya İqtisadi Forum”u rekord sayda iştirakçı toplayacaq

İsveçrənin Davos şəhərində yanvar 17-20-də keçiriləcək “Dünya İqtisadi Forumu”nun (WEF) proqramı açıqlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, forum “məsuliyyət və məsuliyyətli rəhbərlik” şüarı altında keçiriləcək.

Dünyanın aparıcı biznes rəhbərləri və siyasi liderləri müasir cəmiyyətin üzləşdiyi ən aktual dünyəvi, qlobal və regional problemləri müzakirə edəcəklər. 

Forumun proqramına ən aktual qlobal hadisələrə, o cümlədən rəqəmsal iqtisadiyyat, energetikanın gələcəyi, terrorla mübarizə, postmultikultural dövr və s. məsələlərə həsr olunmuş müzakirələr daxildir.

Hər il təşkil edilən “Davos Dünya İqtisadi Forumu”a bu il 3000-dən çoxc nümayəndə qatılacaq və bu, forum tarixində rekord say olacaq. Forum çərçivəsində 400-ə qədər müzakirə aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezident İlham Əliyev dəfələrlə forumda iştirak edib.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri