11 
Yan
2017
16:40
37
161
9416
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankının yeni sədrindən açıqlama

11 Yan, 2017
16:40
9416

Azərbaycan Beynəlxalq Bankının yeni sədrindən açıqlama

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir”.

Oxu.Az  APA-ya istinadən xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir.

“Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində  bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, - deyə X.Əhədov qeyd edib.

Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.

X.Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri