11 
Yan
2017
17:35
22
101
1556
Virtual karabakh

Dövlət Neft Şirkətinin büdcəyə ödənişləri məlum oldu

Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib.

Oxu.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3% çox olub. 

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib. Bundan əlavə, 2016-cı ilin dekabrında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürüb. 

Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7% çox olub.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri