11 
Yan
2017
20:51
98
100
22165
Virtual karabakh

Dörd faizlik limitin ləğv olunması manata necə təsir edəcək?

11 Yan, 2017
20:51
22165

Dörd faizlik limitin ləğv olunması manata necə təsir edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib. Görüş zamanı banklar tərəfindən valyuta mübadilə məzənnəsinin təyin olunması zamanı qoyulan dörd faizlik marjanı aradan qaldırılması müzakirə olunub. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov Mərkəzi Bankın dörd faizlik marjanın ləğv edilməsinə münasibət bildirib. O bu barədə öz Facebook səhifəsində yazıb.

Ekspert qeyd edib ki, bu qərarın nə zaman qüvvəyə minməsi ilə bağlı banklara ayrıca rəsmi məktub göndəriləcək. 

“Liberal məzənnəyə keçid çox qısa zamanda reallaşacaq. Mümkündür ki, növbəti hərraclarda artıq liberal məzənnə prinsipinə uyğun proseduralar tətbiq edilsin. Bu halda isə manatın dollara nisbətən məzənnəsinin azalacağı gözlənilir”, - V.Bayramov bildirib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri