12 
Yan
2017
11:16
6
86
4170
Virtual karabakh

Bloomberg yeni ilin ən zəif valyutasını – AÇIQLADI

Yeni İlin ilk 10 gününün ən pis göstəricisi olan valyuta türk lirəsi olub. 

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu haqda Bloomberg yazıb.

“Lirənin dollara qarşı keçən il itirdiyi 17%-in üzәrinә daha 8,6% gəlib. Bununla da türk lirəsi 6 ticarət sessiyasında ardıcıl antirekordlar vurub. 

Buna səbəb ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Mərkəzi Bankının qarşısında iqtisadi inkişaf ilə bağlı tələblər qoymasıdır. Onların hesabatına görə, bu tələb lirəni daha da dəyərdən salacaq. Həmçinin, ölkədə illik hesablama ilə 8,53%-ə çatan inflyasiya daha da sürətlənir”, - deyə agentlik yazıb.

Xatırladaq ki, dekabrda Ərdoğan lirənin ucuzlaşmasını belə şərh etmişdi: “Türkiyənin düşmənləri Ankaraya valyuta məzənnələri ilə manipulyasiya edərək iqtisadi təzyiq göstərir. Buna imkan verməmək üçün vətəndaşlar dolları türk lirəsinə dəyişməlidirlər”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri