12 
Yan
2017
12:24
17
90
3136
Virtual karabakh

Banklar müştərilərə kreditləri nağdsız formada verəcək

“Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki,  bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva deyib.

Onun sözlərinə görə, bu, “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulub: “Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. 

Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri