12 
Yan
2017
12:57
7
69
3141
Virtual karabakh

Nazirlikdən sahibkarlara – XƏBƏRDARLIQ

Azərbaycanda vergidən yayınmaq məqsədi ilə sahibkar hesabından cari hesaba keçənlər cərimələnəcək. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, bunun texniki tərəfləri ilə bağlı kommersiya bankları ilə danışıqlar aparılır. 

Nazirlik rəsmisi deyib ki, yeni qaydalara görə, ödəmə mənbəyindən ancaq sadələşdirilmiş vergi tutulacaq: “Vergi ödəyicisinin hansı kateqoriyaya aid olmasından asılı olmayaraq, ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulacaq”.

U.A.
www.oxu.az

Digər İqtisadiyyat xəbərləri