12 
Yan
2017
15:14
7
84
1312
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankı xərclərini optimallaşdırmağa başladı

Səhmləri Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olan “Beynəlxalq Lizinq” şirkəti yeni ofisə köçüb. 

Şirkət bundan sonra Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında, ABB-nin baş ofisinin əvvəlki inzibati binasında fəaliyyət göstərəcək.

Beynəlxalq Bankdan Oxu.Az-a verilən məlumata görə, bu dəyişiklik bankın törəmə müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədindən irəli gəlir. 

ABB-ə məxsus binada yerləşməsi “Beynəlxalq Lizinq” şirkətinin öz xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektivliyinin artmasına xidmət göstərəcək.

U.A.

www.oxu.az

Digər İqtisadiyyat xəbərləri