13 
Yan
2017
09:42
119
43
7650
Virtual karabakh

Bakıda torpaq ucuzlaşdı – QİYMƏTLƏR

13 Yan, 2017
09:42
7650

Bakıda torpaq ucuzlaşdı – QİYMƏTLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il ərzində Bakıda torpaq bazarında həm aktivlik aşağı səviyyədə olub, həm də qiymətlərdə azalma müşahidə olunub.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, son vaxtlar torpaq sahələrinə marağın kəskin şəkildə azalması müşahidə olunur: “Əvvəllər fərdi yaşayış evlərinin tikintisi ön sırada dururdu, amma indi fərdi yaşayış evlərinin tikintisində də ciddi geriləmələr müşahidə olunur. 

Kiçik torpaqlara maraq xeyli dərəcədə azalıb. Bütövlükdə bu, torpaq bazarına mənfi təsir göstərib. İl ərzində bazar üzrə 30%-dən çox qiymət azalması müşahidə olunub. Əsas qiymət azalması ilin ikinci yarısında baş verib”.

Ekspert vurğulayıb ki, məhz ilin ikinci yarısında torpaq qiymətlərinin azalmasının dəqiq səbəblərini tam olaraq təhlil etmək, hələ ki, mümkün deyil: “Bu, makroiqtisadi göstəricilərlə və digər məsələlərlə müşahidə oluna bilər, amma bu prosesin bizə məlum olmayan tərəfləri də var.

Səbəblərdən biri də odur ki, insanlar sənədsiz torpaqlara əvvəllər pul qoymaqdan çəkinmirdilər və bunun risklərini o qədər də nəzərə almırdılar. Ancaq son dövrlərdə bu risklər ciddi nəzərə alınır”.

R.Osmanlının fikrincə, torpaq bazarında qiymətlərin azalmasının digər bir səbəbi də dövlət əmlakının özəlləşdirilməsi zamanı xeyli sayda boş torpaq sahələrinin özəlləşdirilməsidir: “2016-cı il ərzində ayrı-ayrı ərazilərdə təqribən 1500-dən artıq torpaq sahələri özəlləşməyə çıxarılıb. Bu isə torpaq bazarında təklifi xeyli dərəcədə artırıb”.

Bakıda ən bahalı və ən ucuz torpaq sahələrinə gəlincə isə R.Osmanlı bildirib ki, ən bahalı torpaq sahəsinin bir sotu 500 min manatdan yuxarıdır, ən ucuz torpaq sahəsinin isə qiyməti 1500 manatdan başlayır: “Ən bahalı torpaq sahələri paytaxtın Səbail və Nəsimi rayonlarında mərkəzə yaxın və mərkəz hissələrdədir. Ucuz torpaq sahələri isə daha çox bağ massivlərində - Buzovnadan Maştağaya gedən yolun içəri hissələrində, Binə qəsəbəsində və Qaladadır”.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri