16 
Yan
2017
13:04
222
49
2913
Virtual karabakh

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub

16 Yan, 2017
13:04
2913

Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda Pirallahı Sənaye Parkında yeni “Caspian Pharmed” əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, təməlqoyma mərasimi İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Layihə 3 mərhələdən ibarət olacaq. Birinci mərhələdə həb və kapsul istehsalı, ikinci mərhələdə ampula və flakon istehsalı, üçüncü mərhələdə isə antibiotik dərmanlarının istehsalı təşkil ediləcək.

Birinci mərhələdə zavodun istehsal gücü ildə 200 mln.-dan çox həb və kapsula, 54 təsiredici maddə, 84 adda dərman preparatına malik olacaq.

Qeyd edək ki, Əli Rəbiinin ölkəyə səfəri çərçivəsində bir sıra görüşlər keçiriləcək, Azərbaycan-İran əlaqələrinin inkişafına dair müzakirələr aparılacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri