16 
Yan
2017
16:46
31
234
5024
Virtual karabakh

Azərbaycan Dünya Bankı ilə kredit sazişi imzaladı – YENİLƏNİB

16 Yan, 2017
16:46
5024

Azərbaycan Dünya Bankı ilə kredit sazişi imzaladı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında saziş imzalanıb. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, imzalanma mərasimi Azərbaycan Maliyyə Nazirliyində baş tutub.

Sənədi Dünya Bankı tərəfindən Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembon (Mercy Tembon), Azərbaycan tərəfindən “Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayıblar.

Qeyd edək ki, Dünya Bankının Direktorlar Şurasının dekabrın 20-də elan etdiyi qərarı ilə Bank TANAP-a ümumilikdə 800 mln. dollar kredit ayırıb.

Kreditin 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə “SGC” QSC, digər 400 mln. dolları isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ alıb.

Kredit “Cənub Qaz Dəhlizi” (SGC) QSC-yə 30 il müddətinə, Türkiyənin BOTAŞ şirkətinə isə 29 il müddətinə verilib.

Şərtlərə görə, SGC və BOTAŞ-ın hər birinin əldə etdiyi 400 mln. dollarlıq kreditə görə ilk 5 il üçün güzəşt müddəti təqdim olunub.

Qeyd edək ki, Dünya Bankı borcu LİBOR+1% dərəcəsi ilə ayırıb.

16:13

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon) Azərbaycana səfəri başlayıb. 

Oxu.AzReport”-a istinadən xəbər ki, M.Tembonun səfəri sabah bitəcək.

Bank rəsmisi Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə müvafiq sazişi imzalamaq üçün Bakıya gəlib.

Hökumətdəki mənbələrdən bildirlib ki, saziş bu gün imzalanacaq. Sənədi WB tərəfindən M.Tembon, Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayacaqlar.

Qeyd edək ki, 2016-cı il dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alacaq.

Xatırladaq ki, WB-nin Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA - Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri