16 
Yan
2017
15:07
79
19
1985
Virtual karabakh

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını iki dəfə artırır

16 Yan, 2017
15:07
1985

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını iki dəfə artırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin rəhbərliyində baş verən dəyişikliklərdən sonra bankın nizamnamə kapitalının artırılması istiqamətində də real addımların atılmasına başlanılıb. 

Bu barədə Oxu.Az-a bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 600 mln. manat məbləğində artırılmasını nəzərdə tutan emissiya prospekti Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb. Beləliklə, ABB-nin nizamnamə kapitalı 93,6% artırılaraq 1 milyard 241 milyon 287 min 247,85 manata çatdırılacaq.

Bankın İdarə Heyətinin sədri Xalid Əhədov deyib ki, nizamnamə kapitalının artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinin tərkib hissəsidir. Onun sözlərinə görə, ABB-nin kapitalının gücləndirilməsi üçün digər tədbirlər də nəzərdə tutulur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri