16 
Yan
2017
16:37
30
244
13385
Virtual karabakh

Dünya kapitalının yarısı 8 nəfərin əlindədir – SİYAHI

16 Yan, 2017
16:37
13385

Dünya kapitalının yarısı 8 nəfərin əlindədir – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oxfam” humanitar təşkilatı Davos forumu ərəfəsində dünya üzrə varlı və kasıb insanlar arasındakı fərqi hesablayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, kasıblıqla mübarizə aparan təşkilatın məruzəsinə əsasən, dünyanın ən varlı 8 adamı 3,6 milyard insanının kapitalına bərabər varidata malikdir.

Planetin ən varlı insanları siyahısına “Microsoft” kompaniyasının banisi Bill Qeyts başçılıq edir. “Forbes” jurnalının məlumatına görə, onun varidatı 75 milyard dollara çatır.

Məruzədə, həmçinin “Facebook” sosial şəbəkəsinin banisi Mark Sukerberqin (44,6 milyard dollar), investor Uorren Baffetin (60,8 milyard dollar), Nyu-Yorkun sabiq meri və media maqnatı Maykl Blumberqin (40 milyard dollar), “Amazon” kompaniyasının banisi Ceff Bezosun (45,2 milyard dollar), meksikalı biznesmen Karlos Slimin (50 milyard dollar), “Oracle” transmilli korporasiyasının qurucularından biri olan Larri Elisonun (43,6 milyard dollar), həmçinin “Zara” mağazalar şəbəkəsinin banisi ispaniyalı Amansio Orteqanın (67 milyard dollar) adları var.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri