16 
Yan
2017
16:16
6
195
1804
Virtual karabakh

Ötən il azərbaycanlılar ərzaq və yanacağa nə qədər pul xərcləyiblər?

16 Yan, 2017
16:16
1804

Ötən il azərbaycanlılar ərzaq və yanacağa nə qədər pul xərcləyiblər?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 mlrd. manata bərabər olub.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb.

Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,6%-i avtomobil yanacağının (1,7 mlrd. manat – red. ), 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2016-cı ildə istehlak məhsullarının 10,9%-i hüquqi şəxs statuslu müəssisələr, 55,7%-i fərdi sahibkarlar tərəfindən, 33,4%-i isə bazar və yarmarkalarda satılıb. 

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  261 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. 

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri