16 
Yan
2017
16:30
183
25
2655
Virtual karabakh

Gürcüstandan Azərbaycana köçürülən pullar artdı

16 Yan, 2017
16:30
2655

Gürcüstandan Azərbaycana köçürülən pullar artdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 899,4 min dollar pul köçürülüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatına görə, bu, 2015-ci ilin dekabr ayı ilə müqayisədə 193,1 min dollar və ya 27,34% çoxdur.

Noyabr ayı ilə müqayisədə dekabr ayında Gürcüstandan ölkəmizə pul axını 139,5 min dollar və ya 13,43% azalıb.

Ötən ay Azərbaycandan Gürcüstana 1 mln. 885 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin dekabr ayına nisbətən 449,7 min dollar və ya 31,33% çoxdur. Bu ilin dekabr ayı ilə noyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 480,1 min dollar və ya 34,17% artıb.

Ümumiyyətlə, ötən il ərzində Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 14 mln. 751,1 min dollar, Azərbaycandan Gürcüstana isə 8 mln. 800,6 min dollar göndərilib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri