16 
Yan
2017
17:44
11
91
1322
Virtual karabakh

Maliyyə Nazirliyinin Beynəlxalq Bankdakı payı artırıla bilər

16 Yan, 2017
17:44
1322

Maliyyə Nazirliyinin Beynəlxalq Bankdakı payı artırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) nizamnamə kapitalını 600 mln. manat artırmaq üçün dövriyyəyə hər birinin nominalı dəyəri 0,27 manat olan 2 milyard 222 milyon 222 min 223 ədəd adi səhm buraxacaq. 

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında bildirilir.

Qiymətli kağızlar bazara bu il martın 31-nə qədər, kütləvi şəkildə təklif ediləcək.

Nizamnamə kapitalının 93,6% artırılaraq 1 milyard 241 milyon 287,25 min manata çatdırılmasından sonra Maliyyə Nazirliyinin ABB-dəki payının 54,96%-dən 76,73%-ə, problemli aktivlərin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payını isə 28,18%-dən 14,56%-ə, qeyri-dövlət müəssisələrinin və fiziki şəxslərin payının isə 16,86%-dən 8,71%-ə dəyişəcəyi proqnozlaşdırılır.

Bankda hesab edirlər ki, yeni emissiya səhmlərin gəlirlik indikatorlarını azaldacağından (xalis mənfəətin mövcud səhmlərə nisbəti) onlar ucuzlaşacaq.

Bu isə öz növbəsində hazırkı səhmdarların həm səhmlərinin dəyərinin düşməsi, həm də paylarının azalması ilə nəticələnəcək.

Bundan başqa, səhm emissiyasının dividendlərə mənfi təsir etməsi gözlənilir. “Lakin ABB-nin hazırkı maliyyə vəziyyətinə görə dividend ödənilmədiyindən və yeni səhm emissiyası məhz səhmdarların qərarı olduğundan bu ehtimal istisna edilə bilər”, - deyə hesabatda qeyd olunur. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri