16 
Yan
2017
20:16
11
127
4603
Virtual karabakh

Ölkənin ən böyük bankının son maliyyə vəziyyəti açıqlandı

16 Yan, 2017
20:16
4603

Ölkənin ən böyük bankının son maliyyə vəziyyəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) cəmi aktivləri 1 yanvar 2017-ci il tarixinə 12 223,723 mln. manat təşkil edib. Bu, 1 yanvar 2016-cı illə müqayisədə 7,69% azdır.
 
Oxu.Az Report-a istinadən xəbər verir ki, ABB-nin aktivlərinin təxminən 41,23%-ni və yaxud 5 039,831 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Ötən il Bankın kredit portfeli 24,96% kiçilib. Bundan başqa, 2016-cı ilin sonuna ABB banklar da daxil olmaqla maliyyə müəssisələrinə aktivlərinin 41,06%-i qədər və yaxud 5 019,048 mln. manatlıq depozit yerləşdirib. Bu, 2015-ci ilin sonu ilə müqayisədə 6,94 dəfə çoxdur.

Ötən il ABB-nin cəmi öhdəlikləri 2,29% artaraq 12 903,359 mln. manat olub. İl ərzində Bankın depozit portfeli 3,17% azalaraq 6 012,172 mln. manata, Mərkəzi Bank qarşısında öhdəliyi isə 7,69% azalaraq 600 mln. manata düşüb.

Hesabat dövründə kredit təşkilatının cəmi kapitalı isə 8,29% artaraq 679,635 mln. manata çatıb.
 
2016-cı ildə ABB-nin faiz gəlirləri 462,357 mln. manat (2015-ci ilə nisbətən 35,02% azalma), faiz xərcləri 450,002 mln. manat (12,53% artım), qeyri-faiz zərəri 1 059,751 mln. manat, qeyri-faiz xərcləri isə 210,826 mln. manat (45,49% artım) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 1 258,221 mln. manat olub.

ABB aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 98,271 mln. manat yönəldib və 2016-cı ili 1 356,492 mln. manat xalis zərərlə başa vurub. Bu, 2015-ci ilə nisbətən 67,41 dəfə çoxdur.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri