17 
Yan
2017
09:55
19
67
1257
Virtual karabakh

Venesuela prezidenti: OPEK-in növbəti görüşü keçirilə bilər

17 Yan, 2017
09:55
1257

Venesuela prezidenti: OPEK-in növbəti görüşü keçirilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin birinci rübündə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv olan ölkələrin növbəti görüşü keçirilə bilər.

Oxu.Az-ın məlumatına görə, APA Noticias24” portalına istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda OPEK-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra deyib.

“Biz növbəti razılaşmaya doğru irəliləyirik və buna nail olacağıq. Güman edirəm ki, 2017-ci ildə neft bazarında sabitlik bərpa olunacaq”,- deyə N.Maduro bildirib.

Noyabrın 30-da OPEK-ə üzv olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın bu ilin yanvarından 1,2 milyon barel azaldaraq, 32,5 milyon barel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. 

Dekabrın 10-da isə OPEK-ə üzv olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barel azaltmaq barədə razılığa gəliblər. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri