17 
Yan
2017
16:22
9
71
1596
Virtual karabakh

Fond Mərkəzi Banka olan borcunu qaytarıb?

17 Yan, 2017
16:22
1596

Fond Mərkəzi Banka olan borcunu qaytarıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Əmanətlərin Sığortanması Fondu (ADİF) ötən ilin fevral ayında Azərbaycan Mərkəzi Bankından (AMB) cəlb etdiyi 22 mln. manat borcu vaxtından əvvəl geri qaytarıb”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Fondun icraçı direktoru Azad Cavadov məlumat verib.

“Həmin vəsait 1 il müddətinə cəlb edilmiş və ən geci gələn ay qaytarılmalı idi. Biz hər ay təxminən 3,5 mln. manat olmaqla həmin borcun qaytarılmasını bu ay başa çatdırdıq”.

ADİF ötən il AMB-dən aldığı 100 mln. və 460 mln. manatlıq borcların qaytarmağa isə hələ başlamayıb. A.Cavadovun sözlərinə görə, bu borclar müvafiq olaraq 4 və 10 il müddətinə verilib və rəhbərlik etdiyi qurumun kapitallaşması başa çatdırıldıqdan sonra geri ödəniləcək.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri