Fatih Biroldan neft bazarının gələcəyinə dair – PROQNOZ
Fatih Biroldan neft bazarının gələcəyinə dair – PROQNOZ
OPEK təşkilatı tərəfindən hasilat kvotalarına riayət olunması 2017-ci ilin ilk yarısında neft bazarında tarazlığın bərpasına gətirib çıxara bilər.
Oxu.Az-ın məlumatına görə, “Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol Davos Ümumdünya İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda neft bazarının gələcəyi barədə onun 3 gözləntisi var:
“Birincisi, bu il və yaxın bir neçə ildə neftin qiymətində yüksək volatillik olacaq. İkincisi, neft qiymətləri bu səviyyədə qalarsa, ABŞ-da neft hasilatı artacaq və üçüncüsü, OPEK hasilatın azaldılması ilə bağlı anlaşmanın şərtlərinə əməl etsə, ilin ilk yarısında neft bazarında tarazlıq bərpa olunacaq”.
F.Birol 2017-ci ildə neft qiymətləri ilə bağlı proqnoz verməkdən çəkinib.
U.A.
www.oxu.az