18 
Yan
2017
09:25
29
143
7388
Virtual karabakh

Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

18 Yan, 2017
09:25
7388

Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın yanvarın 18-ə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 17-i ilə müqayisədə dəyişməyərək 1,8045 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,9201 manatdan 1,9302 manatadək artıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0302 manatdan 0,0304 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4756 manatdan 0,4790 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1795 manatdan 2,2269 manatadək artıb.

Gürcüstan larisinin məzənnəsi isə 0,6739 manatdan 0,6840 manatadək bahalaşıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri